Braziliya yığmasının keçmiş futbolçusu Paulo Sezar 1970-ci il dünya çempionatında qazandığı qızıl medalı satdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb. O, medalı sataraq kokain alıb:
"Mən öz emosiyalarımı idarə edə bilmirdim. Medalı satmamalıydım. Lakin mənim üçün kokain medaldan daha vacib idi. Bu böyük itkidi. Bu vaxta qədər heç kimə bu barədə söz deməmişdim".
Paulo Sezar 60-70-ci illərdə "Botafoqo"nun şərəfini qoruyub. Bunlardan başqa narkotik və alkoqola aludəçiliyi nəticəsində Rio De Janeyroda 3 evini də satıb.
Rüstəm