Almaniya kubokunun yarımfinalı çərçivəsində "Borussiya" ilə oynanılan görüşdə üst çənə sümüyü və burnundan zədə alan Robert Levandovskinin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə alman klubunun baş direktoru Karl Haynts Rummeniqqe təcrübəli forvardın "Barselona" ilə görüşdə oynaması üçün xüsusi maska hazırlandığını açıqlamışdı. Hətta sözlərinə əlavə etmişdi ki, Levandovski mütləq oynayacaq.
AS qəzetinin verdiyi xəbərə görə, Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola futbolçunun hazırki vəziyyətini şərh edib:
"Levandovskinin durumunu diqqətlə izləyirik. Baxaq, bir-iki günə necə olacaq. Ən son sözü klubun həkimi deyəcək. Əgər o, bildirsə ki, risk var, o zaman Levandovski oynamayacaq".
"Barselona" - "Bavariya" oyunu mayın 5-də keçiriləcək.
Rüstəm