4 May 2015 13:50
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" yay transfer hədəflərini müəyyənləşdirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Turin klubunun əldə etmək istədiyi hücumçuların siyahısında 3 futbolçu var: Robin van Persi ("Mançester Yunayted"), Edinson Kavani (PSJ) və Paulo Dibala ("Palermo").

Bundan başqa, "Yuventus" 4 yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir. Bunlar Aksel Vitsel ("Zenit"), Kevin De Bruyne ("Volfsburq"), Ramires ("Çelsi") və Franko Vaskes ("Palermo").

"Yuventus" transferləri Pol Poqbanın satışından əldə olunacaq pulla etməyi düşünür.

"Qoca Sinyora" fransız yarımmüdafiəçiyə 100 milyon avro qiymət qoyub. Poqba ilə "Barselona" və "Real"la yanaşı PSJ də yaxından maraqlanır.

Rüstəm


Müəllif: