"Barselona"nın hücumçusu Neymar İspaniya La Liqasında "Kordoba"ya 8:0 hesabı ilə qalib gəldikləri görüş haqda maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşı Lionel Messinin bu görüşdə ona penalti vurmasına icazə verməsi ilə bağlı belə danışıb:
"Mən heç vaxt bu hərəkəti unutmayacam. Deməyə söz tapmıram.
Dünyanın ən yaxşı oyunçusu het-triki rəsmiləşdirə bilərdi, amma bunu etmədi. Mənə penaltini yerinə yetirməyə icazə verdi. Bu heç vaxt unudulmayacaq".
Rüstəm