"Barselona"nın forvardı Luis Suaresin "Real Sosyedad"la görüşdə oynaması sual altındadı.
Teleqraf.com xəbər verir ki, buna səbəb onun passivində 4 sarı vərəqənin olmasıdı. Uruqvaylı futbolçunun "Atletiko"ya qarşı oynaya bilməsi üçün Luis Enrikenin "Real Sosyedad"la görüşdə onu meydana buraxmayacağı gözlənilir.
"Atletiko" ilə matç katalon klubunun çempionluğa gedən yolunda ən böyük əngəl hesab olunur.
Qeyd edək ki, Suares Primeroda 16 dəfə fərqlənib.
Rüstəm