Ötən gün İspaniya La Liqasında XXXVII turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, Primeroda 2014/2015 mövsümünün qalibi məhz bu tur bəlli olub.
Lider “Barselona” səfərdə “Atletiko” ilə üz-üzə gəlib. Kataloniya klubu bu görüşdə üç xal qazanacağı təqdirdə, digər oyunların nəticəsindən asılı olmayaraq sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi ki, bunun da öhdəsindən gəlib.
Lionel Messinin 65-ci dəqiqədə vurduğu qol "Barsa"ya qələbə qazandırıb. Bununla da Luis Enrikenin komandası 2014-2015 mövsümün qalibi olub və tarixində 23-cü çempionluğunu əldə edib.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm