Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İK-nin iclasında Azərbaycan Premyer Liqası klublarından təkcə "Qarabağ"ın cəzalandırılması ilə bağlı qərar verilib.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Rüstəm