20 May 2015 10:19
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılacağını hələ ötən ay açıqlayan Yurgen Klopp "Real"ın baş məşqçisi olacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Radio Deutschland" xəbər verib. 47 yaşlı almaniyalı mütəxəssis Madrid klubu ilə 2018-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Tərəflər arasındakı anlaşmaya əsasən, Klopp yeni iş yerində ilinə 8 milyon avro qazanacaq.

Bu barədə rəsmi məlumat mayın 30-da - "Borussiya" ilə "Volfsburq" arasında keçiriləcək Almaniya kubokunun finalından sonra açıqlanacaq.

Rüstəm


Müəllif: