Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən 26-27 may 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası kikboksinq üzrə Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyi keçirəcək.
Bu barədə Teleqraf.com-a Kikboksinq Federasiyasından məlumat verilib.
"İsmayıllı" Olimpiya Kompleksində baş tutacaq yarış “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında həyata keçiriləcək.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi yarışların yeniyetmələr və gənclər arasında kikboksinq idman sahəsinə marağın yaranmasına səbəb olduğunu qeyd edib: “Məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya “yox” demək və gənclərin pis vərdişlərdən uzaq durmasına kömək etməkdir. Cənab prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq. Eyni zamanda, qarşıdan gələn “Bakı- 2015” Birinci Avropa Oyunları haqqında məlumatlar veriləcək”.
BƏXTİYAR