23 May 2015 21:32
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Petr Çexin "Çelsi"dəki gələcəyi hamıda maraq doğurur.

Teleqraf.com xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Joze Mourinyo çexiyalı qapıçının komandada qalmasını istədiyini bildirib:

"Deyirəm və yenə də deyəcəm: Çexin komandada qalmasını istəyirəm. Ancaq o, getmək istəyirsə, gedəcəyi yerin hara olması məni maraqlandırmır. Ümid edirəm ki, yaxşı formadadı və mövsümün son matçında qapını qoruya biləcək".

Daha öncə Çexin "Arsenal"a keçmək istədiyi, ancaq Joze Mourinyo və Arsen Venger arasındakı münasibətləri nəzərə alan rəhbərliyin məhz bu səbəbdən transferə razılıq vermədiyi haqda xəbərlər yayılmışdı.

Rüstəm


Müəllif: