Fransa çempionatında 2014/15 mövsümünə yekun vurulub.
Publika.az xəbər verir ki, Liqa 1-də "Evyan", "Mets" və "Lans"ın gələn mövsümdən aşağı liqada mübarizə aparacağı əvvəlcədən dəqiqləşmişdi.
Avrokuboklara kimin gedəcəyi isə son turadək şübhəli idi. Liqa 1-in son turunun oyunlarından sonra çempionluğu vaxtından əvvəl rəsmiləşdirən PSJ, həmçinin "Lion" və "Monako" Çempionlar Liqasına vəsiqə qazanıb.
Qitənin ən nüfuzlu klub turnirinə parislilərlə "Şirlər" birbaşa qrup mərhələsindən, "Knyazlıq klubu" isə pley-off mərhələsindən qatılacaq. Avropa Liqasında isə Fransanı "Sent-Etyen" və "Marsel" təmsil edəcək.