Bu gün Türkiyə superliqasında 33-cü tura yekun vurulub.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, "Akhisar"-"Bursaspor" qarşılaşmasında qonaqlar minimal hesablı qələbə qazanıb.
Ən həyəcanla gözlənən oyun isə "Başakşəhər"-"Fənərbaxça" komandaları arasında keçib. Gərgin keçən və 4 qırmızı vərəqin olduğu qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"Fənərbaxça"nın xal itirməsi "Qalatasaray"ın sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Nihad