29 May 2015 11:11
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"dan ayrılandan sonra bir illik istirahət edəcəyini bildirən Karlo Ancelotti "Milan"a qayıtmaq ehtimalının olduğunu rəsmən açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, məsələ ilə bağlı "Milan Channel"ə danışıb:

"Qalliani ilə görüşdüm. Onunla hər zaman yaxşı münasibətim olub. Bəli, karyerama bir il fasilə verəcəyimi açıqlamışdım. Hələ ki, yeni mövsümdə işləyib-işləməyəcəyimi bilmirəm. Yaxın zamanda bunu hər kəs öyrənəcək. Son qərarımı iyunun 3-də verəcəm".

"Milan"ın sahibi Silvio Berluskoninin bu işin müsbət həlli üçün İspaniyaya göndərdiyi vitse-prezident Adriano Qalliani isə belə danışıb:

"Karlo bir il fasilə verməyi düşünürdü. Ancaq təklifimizlə onu bu fikrindən daşındıracağımıza əminəm. Çərşənbə günü qərarını bizə bildirəcək.

Mənə geri dönmə şansının 50% olduğunu demişdi. Onunla bütün məsələlərdə razılığa gəldik, ancaq dediyim ki, yekun qərardan sonra hər şey bəlli olacaq"

Ancelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər