Bir neçə gün öncə "Şalke" Roberto Di Matteo ilə yollarını ayırmışdı.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisi yenidən İngiltərə Premyer Liqasında görə bilərik. "Sky Sports"un xəbərinə görə, "Vest Hem" və "Nyukasl" onunla yaxından maraqlanırlar. Bir digər namizəd isə "Napoli"di.
Di Matteo daha öncə İngiltərədə "Çelsi" və "Vest Bromviç"i çalışdırıb.
Rüstəm