PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi Lionel Messi və Kriştiano Ronaldonu ala biləcəkləri ilə bağlı maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Paris klubunun rəhbəri belə danışıb:
"Messi və Ronaldonu transfer edə bilərik. Bu, faktdı. Bizim klubda hər şey mümkündü. PSJ-nin məqsədi Çempionlar Liqasını qazanmaqdı.
Hələ ki istəyimizə çata bilmirik. Bununla belə, 3 ildi stabil çıxış edirik və 1/4 finala qədər irəliləyirik. Bu, yaxşı haldı".
Daha öncə bildirilirdi ki, PSJ Ronaldo üçün "Real"a 125 milyon avro təklif edib.
Rüstəm