4 İyun 2015 18:35
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının finalından bir gün əvvəl – iyunun 5-də şou xarakterli görüş keçiriləcək.

Publika.az xəbər verir ki, UEFA-nın təşkil edəcəyi görüşdə vaxtilə “Barselona” və “Yuventus”un şərəfini qorumuş ulduz futbolçular dünya yığması ilə qarşılaşacaq. Ancaq UEFA-nın açıqladığı heyətdə dəyişiklik baş verib.


Luiş Fiqunun adı siyahıdan çıxarılıb. UEFA Fiqunun adını siyahıdan “Barselona”nın tələbi ilə çıxarıb. Fiqu 1995-2000-ci illərdə “Barsa”da çıxış edib. Ancaq sonradan “Real”a keçib. Bu keçidə görə, portuqaliyalı futbolçu “Barselona” tərəfdarları arasında satqın kimi qəbul edilir.

Veteranların görüşündə Erik Abidal, Deku, Lüdovik Jüli, Mark Van Bommel, Canluka Zambrotta, Alessandro Del Pyero, Fabio Kannavaro, Kafu, Klarens Zeedorf və başqa ulduzlar iştirak edəcək.


Müəllif: