7 İyun 2015 23:40
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Avstriyanın Sankt Pölten şəhərində futbol üzrə Azərbaycan və Serbiya milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Avstriyada təlim-məşq toplanışında olan millimizin Serbiya millisi ilə keçirdiyi yoxlama oyununda ilk hissədə hesab 1:1 olub. İkinci hissədə üstünlüyü ələ alan serblər 55, 63 və 89-cu dəqiqələrdə fərqlənərək, 4:1 hesabı ilə qələbə qazanıblar.


Müəllif: