18 İyun 2015 11:41
1 304

Tibb.az saytının təşkilatçılığı ilə Tibb Top kuboku uğrunda I Həkimlərarası Milli Futbol Turnirinin final görüşü keçirilib. “531-dent” və “SNN” klinkaları arasında iyunun 17-də saat 18:00-da başlanan görüş 2:1 hesabı ilə “SNN” komandasının qələbəsi ilə başa çatıb.

Hesabı ilk olaraq “SNN” komandası açdı . 2-ci hissədə daha 1 qol vurmaqla qələbələrini möhkəmlədə bildilər. Yalnız oyunun sonlarına az qalmış “531-dent” təsəlli qolu vura bildi.

Çempionatın ilk görüşlərindən yüksək komanda oyunu ilə seçilən hər iki komanda favoritlər sırasında idi və finala ən real namizədlər olub.

Qeyd edək ki, kubok uğrunda ümumlikdə 8 komanda – “Estetik Dent”, “531 dent”, “Nur dent”, “Stom-2007”, “Dental servis”, “Young Boys”, “SNN”, “Stom Sport” yarışıb.


Müəllif:
loading...