Çili millisinin yarımmüdafaiəçisi Arturo Vidal Amerika Kubokunun finalında Argentina ilə oyunun ən yaxşısı seçilib.
Qol.Az-ın məlumatına görə, final görüşündə 120 dəqiqə meydanda olan yarımmüdafiəçi oyunda həlledici penalti zərbəsini də dəqiq yerinə yetirib.
Vidal final matçında 53 ötürmə (89% dəqiq) və qapıya 2 dəqiq zərbə ilə yadda qalıb.
Xatırladaq ki, penaltilər seriyasında 4:1 hesabı ilə qalib gələn Çili yığması Amerika kubokunun sahibi olub.