19 İyul 2015 23:39
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Çində keçirilən 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirakını başa vurub. Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət ikinci kateqoriyalı yarışında 22 komanda iştirak edib.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu - 13-cü mərhələsində iştirakçılar 135 kilometr məsafə qət ediblər. Altı velosipedçimizdən beşi - Yannis Tamuridis, Matey Müqerli, Samir Cəbrayılov, Maksim Averin və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda - 2 saat 54 dəqiqə 2 saniyəyə keçiblər. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur. O, doqquzuncu yeri tutub.

Beləliklə, 13 mərhələnin yekununa əsasən, ümumi təsnifatın ilk onluğunda M.Müqerli yer alıb. İdmançımız yarışın qalibinə 3 dəqiqə 30 saniyə uduzaraq doqquzuncu yeri tutub. Komanda hesabında isə “Synergy Baku” 22 kollektiv arasında altıncı olub.


Müəllif:

Oxşar xəbərlər