ESPN 2015-ci ilin ən yaxşı xarici idmançılarının siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, qalib adını qazanan "Barselona" və Argentina millisinin forvardı Lionel Messi ESPY mükafatına sahib çıxıb. Hazırda dünyanın ən güclü kişi tennisçisi hesab olunan Novak Cokoviç ikinci olub. İlk üçlüyü "Mersedes" pilotu Luis Hemilton qapayıb. Qolfçu Lidia Ko dördüncü sırada qərarlaşıb. Kriştiano Ronaldo isə beşinciliklə kifayətlənib.
Rüstəm