Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Seltik"-"Qarabağ" oyunu öncəsi komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Ağdam klubunun baş məşqçisi "Seltik"in böyük tarixə malik klub olduğunu bildirib: “Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Bu komandada çıxış edən və xüsusən diqqət çəkən hansısa futbolçunun adını qeyd etməyim düzgün olmazdı. Komandada yüksək keyfiyyətlə sahib olan yetərincə futbolçular var.
"Seltik" oyunun favoritidir. Amma sabahkı oyunda (bugün – red.) istənilən nəticə qeydə alına bilər. "Seltik" təmsilçilərinin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə bu sözləri eşitmək xoşdur və bu, bizi daha məsuliyyətli olmağa vadar edir.
Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq. Futbolçularımın hansısa təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda böyük təcrübəsinin olduğunu düşünürəm".
Rüstəm