Sabah Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Teleqraf.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.
Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsindəki 22 potensial rəqibindən 9-u artıq bəllidi.
Bunlar "Qarabağ" kimi ÇL-in III mərhələsində dayanan "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbağça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan) və "Lex" (Poznan) klublarıdı.
Digər rəqiblərin adına bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.
"Qarabağ" püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçimiz nisbətən güclü rəqiblə üz-üzə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.
Rüstəm