Bu il 3-cü dəfə təşkil edilən "Audi" kubokuna yekun vurulub.
Publika.az xəbər verir ki, Münhendə təşkil edilən turnirin həlledici oyununda meydan sahibləri "Bavariya" və "Real" üz-üzə gəlib. 164 ölkədə canlı yayımlanan matçı ümumilikdə 6,32 milyon insan televiziya qarşısında izləyib.
"Alyans Arena"da isə 70 min nəfərin izlədiyi qarşılaşma münhenlilərin minimal hesablı qələbəsiylə nəticələnib - 1:0. Madridlilərin qapısından yeganə topu matçın bitiminə 2 dəqiqə qalmış Robert Levandovski keçirib. Bununla da, "Bavariya" ardıcıl üçüncü dəfə bu kuboka sahib çıxıb.
Üçüncü yer uğrunda matçda isə "Tottenhem" "Milan"ı 2:0 hesabıyla məğlub edib.
"Audi" kuboku
Final
Bavariya - Real 1:0
Levandovski, 88.
3-cü yer uğrunda oyun
Tottenhem - Milan 2:0
Çadli, 8. Kerrol, 71.