"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəlin püşkə münasibəti belə olub:
"Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, "Yanq Boyz" da güclü komandadı. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək.
Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə keçirilməsi çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".
"Qarabağ" ilk oyununu Bernin 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bir həftə sonra isə Bakıda cavab matçı olacaq.
Rüstəm