8 Avqust 2015 20:05
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin və "Bavariya"nın əsas futbolçusu Mario Qötze transferi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Teleqraf.com xəbər verir ki, klubun idman direktoru Matthias Sammer bu barədə danıışıb. O, gənc hücumçunun heç bir kluba transfer olunmayacağını deyib:

"Qötze haqda yayılan xəbərlər doğru deyil. Onun "Bavariya" ilə iki illik müqaviləsi var. Qötze Münhen klubunda qalacaq. Qötzenin gənc oyunçu olduğunu unutmamalıyıq. Bizim də geniş və yaxşı futbolçulardan ibarət heyətimiz var. Qötze matçlarda daha çox oynamaq üçün çalışmalıdır. O, bunu bacara bilər".

Xatırladaq ki, M.Qötzenin "Yuventus"a transfer olunacağı iddia edilirdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər