Bu gün Türkiyə çempionatının 58-ci mövsümü start götürür. Açılış matçında “Fənərbaxça”yla “Əskişəhərspor” üz-üzə gələcək.
Publika.az xəbər verir ki, 3 aylıq fasilədən sonra ürəyi Superliqayla döyünən futbolsevərlər üçün əsl bayram başlayır.
Bu il tam fərqli, həyəcanlı, güzəştsiz mübarizə izləyəcəyimiz şübhəsizdi. Legioner limitində edilən dəyişiklik klubların əlini-qolunu açdı. Transfer bazarında fırtına kimi əsən Superliqa klubları yenə sayılıb-seçilən ulduzları Türkiyəyə gətiribi. Nani, Qomeş, Van Persi kimi dünya ulduzları cari mövsümə Türkiyədə başlayacaq.
Onu da deyək ki, 2015/16 mövsümü Hasan Doğanın adını daşıyacaq.