Türkiyənin futbol üzrə Superliqasının növbəti turunda "Fənərbaxça" xal itirib. Musavat.com xəbər verir ki, İstanbul klubu səfərdə "Çaykur Rizəspor"la heç-heçə oynayıb - 1:1.
"Fənərbaxça" 18-ci dəqiqədə hollandiyalı ulduzu Robin van Persinin qolu ilə önə keçib. İlk hissə İstanbul klubunun bir topluq üstünlü ilə başa çatıb.
74-cü dəqiqədə "Fənərbaxça"nın futbolçusu Simon Kjaer pz qapısına qol vurub - 1:1.
Oyun bu hesabla başa çatıb.