29 Avqust 2015 22:16
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın hücumçusu Kriştiano Ronaldo şəxsi həyatından danışıb. O, ən çox nədən qorxduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ronaldo bu barədə "Libero" dərgisi verdiyi açıqlamada fikirlərini bölüşüb:

"Mənim ən böyük qorxum gənc yaşda ölməkdir. Qoca vaxtı ölmək istəyirəm, haradasa 80-90 yaşımda...

Mən vaxtımı ailəmlə, dostlarımla və oğlumla keçirməyi xoşlayıram. Adi insan olmağa çalışıram, oğlumla oynamağı çox sevirəm. Ətafımdakı insanlar həmişə məni stimullaşdırırlar. Onların müsbət aurası var, bu da mənim üçün çox vacibdi.

Hər andan həzz almağa çalışıram. Futbol oynamağı sevirəm və istəyirəm ki, oyunum azarkeşlərin xoşuna gəlsin. Ən yaxşı olmağa çalışıram, ildən ilə bunu daha çox göstərməyə çalışıram. Ən yüksək pillədə qalmaq üçün daim məşq edirəm. Düşünürəm ki, son illər buna müvəffəq olmuşam".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər