Bu yaxınlarda “Çelsi”nin düşərgəsində həkim qalmaqalı oldu.
Yadınızdadırsa, İngiltərə çempionatının ilk turunda “Suonsi”ylə matçın son dəqiqələrində, hesab 2:2 olarkən “Zadəganlar”ın əsas üzvü Eden Hazard zədələndi. Bu an özündən asılı olmayaraq, icazəsiz meydançaya daxil olan London klubunun xanım həkimi Eva Karneyro baş məşqçi Joze Mourinyonun qəzəbinə tuş gəldi. Portuqaliyalı mütəxəssis vaxt azlığına, həm də əldən verilən qələbəyə görə bütün acığını Evadan çıxdı. Artıq Karneyronun əsas komandanın tibbi personalından çıxarıldığı deyilir. Hətta onun yerinə namizəd də tapılıb.
Publika.az xəbər verir ki, “Çelsi”nin ehtiyat oyunçular skamyasında Karneyronun yerini Viktoriya Qameyeva tuta bilər. İngiltərə mətbuatının gündəmdə saxladığı bu məsələyə rusiyalı gözəlçə İnstaqram hesabında “Çelsi”nin formasıyla paylaşdığı şəkillə qarşılıq verib.
Hazırda Rusiya Premyer Liqasında mübarizə aparan “Spartak”ın futbolçularını müalicə edən Qameyevanın London klubuyla danışıq apardığı söylənilir.