14 Sentyabr 2015 10:41
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya millisi seçmə mərhələdə hazırda A qrupunda 4-cü pillədə qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, Dortmund "Borussiya"sının sabiq baş məşqçisi, hazırda işsiz olan Yurgen Klopp Hollandiya millisini çalışdıra bilər. Bu barədə TMW nəşri xəbər yayıb.

Əgər "narıncılar" AVRO-2016-nın final mərhələsinə vəsiqə qazana bilməsələr, Danni Blindin yerinə məhz alman mütəxəssis keçəcək.

Hollandiya millisi seçmə mərhələdə hazırda A qrupunda 4-cü pillədə qərarlaşıb. Blindin komandası Türkiyə ilə üçüncülük uğrunda mübarizə aparır.

Daha əvvəl bildirilirdi ki, Klopp "Zenit" və ya "Liverpul"a başçılıq edə bilər.

Rüstəm


Müəllif: