AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com qurumun saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın IV turunun oyunları ilə bağlı qərarlar qəbul olunub
Sentyabrın 13-də Premyer Liqanın IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ailton Fereira ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.