Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan komandalar növbəti oyunlarına çıxacaq.
Qol.Az-ın məlumatına görə, hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext" bu gün ölkə çempionatında növbəti oyununu keçirəcək.
“Tottenhem” İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında “Kristal Palas”I qəbul edəcək.
“Monako” Fransa Liqasının 6-cı turunda doğma meydanda “Loryan”la qarşılaşacaq.
“Anderlext” isə Belçika Liqasının 8-ci turunda “Şarleroy”un qonağı olacaq.
20 sentyabr
İngiltərə Premyer Liqası, 6- tur
17:30.”Tottenhem” – “Kristal Palas”
Fransa Liqası, 6-cı tur
20:00.“Monako” – “Loryan”
Belçika Liqası, 8-ci tur
21:00.”Şarleroy” – “Anderlext”