22 Sentyabr 2015 11:13
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peres Fransa millisinin 24 yaşlı oyunçusunun "Real"a keçmək istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizmann "Real"ın prezidenti Florentino Peresin yeni transfer hədəfi olacaq.

Bu barədə AS nəşri məlumat yayıb. Madrid klubunun rəhbəri jurnalistlərə bildirib ki, artıq bir neçə həftədi bu transferin reallaşması üçün hərəkətə keçiblər.

Peres Fransa millisinin 24 yaşlı oyunçusunun "Real"a keçmək istədiyini açıqlayıb. "Real"da Qrizmannın Fransa yığmasındakı komanda yoldaşları Kərim Benzema və Rafael Varan oynayır.

Qrizmann yeni mövsüm La Liqada 4 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb..

Rüstəm


Müəllif:

Oxşar xəbərlər