14 Oktyabr 2015 11:55
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçiriləcək "Avro-2016"-nın final mərhələsinə qatılmaq üçün 8 komanda pley-offda mübarizə aparacaq.

Püşkatma mərasimi oktyabrın 18-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

Pley-offda mübarizə aparacaq komandalar aşağıdakılardı:

B qrupu: Bosniya və Hersoqovina

C qrupu: Ukrayna

D qrupu: İrlandiya

E qrupu: Sloveniya

F qrupu: Macarıstan

G qrupu: İsveç

H qrupu: Norveç

İ qrupu: Danimarka


Qeyd edək ki, pley-off mərhələsinin oyunları noyabrın 12-14-ü və 15-17-i baş tutacaq./Sport7.az


Müəllif: