Bu gün Türkiyə Superliqasında VIII tura start verilib.
Musavat.com saytının məlumatına görə, günün ən diqqət cəlb edən matçı “Qalatasaray” “Gənclərbirliyi” arasında baş tutub.
Belə ki, “Qalatasaray” Çempionlar Liqasının qurup mərhələsində "Benfika" və Türkiyə Superliqasında əzəli rəqibi "Fənərbaxça" ilə matçdan öncə bu qələbəyə çox ehtiyacı var idi. Və buna da nail oldu.
İlk hissəni 1-0 geridə başa vuran “Qalatasaray”, ikinci hissədə adəta qol şousu göstərərək, 4-1 hesabı ilə qalib gəldi. Komandanın qollarını Bilal Kısa, Şedcu, Yasin və zədədən yenicə qayıdan Burak Yılmaz vurub.