18 Oktyabr 2015 14:55
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Avro-2016"nın "pley-off" mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 14:20-də başlayıb.

Gələn ilin yayında Fransada keçiriləcək final mərhələsinə son 4 vəsiqə uğrunda 8 komanda mübarizə aparacaq.

Püşkatmanın nəticəsinə əsasən, "pley-off"da aşağıdakı cütlüklər qarşılaşacaq.

Pley-off,
12/13/14 noyabr və 15/16/17 noyabr

1. Ukrayna - Sloveniya

2. İsveç - Danimarka

3. Bosniya və Hersoqivina - İrlandiya

4. Norveç - Macarıstan


Müəllif: