21 Oktyabr 2015 20:35
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA İcraiyyə Komitəsi bu quruma prezident seçkilərinin gələn il fevralın 26-da keçirilməsini təsdiqləyib.

İcraiyyə Komitəsi bununla yanaşı, Etika Komitəsi tərəfindən futbol fəaliyyəti dondurulan futbol funksionerlərinin bu cəzasının seçkiyədək bitməyəcəyi halda, FİFA prezidentliyinə namizədliklərinin qəbul edilməməsi barədə də qərar qəbul edib.

İcraiyyə Komitəsi namizədlərlə bağlı yeni qərar qəbul etməyi planlaşdırır. Belə ki, komitənin FİFA prezidentliyinə namizədlər üçün minimum yaş həddi müəyyən edəcəyi deyilir.

Yeni qaydalara əsasən, FİFA prezidenti olmaq istəyən şəxsin yaşı 74-dən çox olmamalıdı. Bu qərar qəbul ediləcəyi halda, bu il təkrar prezident seçildikdən sonra istefa verəcəyini açıqlayan, ancaq sonradan gələnilki seçkilərdə də namizədliyini verən Yozef Blatterin namizdəliyinin ləğv edilməsinə səbəb olacaq. Belə ki, hazırda FİFA prezidenti səlahiyyətlərini yerinə yetirən Blatterin 79 yaşı var.


Müəllif:

Oxşar xəbərlər