22 Oktyabr 2015 19:30
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" və Hollandiyanın "Ayaks" klublarının sabiq futbolçusu futbolçu Yohan Kroyffa təhlükəli diaqnoz qoyulub.


Publika.az xəbər verir ki, 68 yaşlı mütəxəssisin ağ ciyərində xərçəng aşkarlanıb. “Uçan holland” ləqəbli sabiq hücumçu hazırda gələcək müalicə üçün həkimlərin rəyini gözləyir. O, 1991-ci ildə açıq ürək əməliyyatı keçirib.

Qeyd edək ki, Yohan Kroyff "Qızıl top"un üçqat sahibi, 1974-cü il dünya çempionatının ən yaxşı futbolçusudur. O, 1985-1988-ci illərdə "Ayaks"ın, 1988-1996-cı illərdə "Barselona"nın baş məşqçisi olub.

Futbolçu karyerası ərzində “Ayaks” və "Barselona"da əfsanələşən Kroyff 1964-cü ildən 1984-cü ilə qədər davam edən futbol həyatı bitdikdən sonra 1988-ci ildən 1996-cı ilə qədər "Barselona"da məşqçilik edib. O, “total futbol” anlayışının banisi hesab edilir.


Müəllif:

Oxşar xəbərlər