23 Oktyabr 2015 00:21
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qarabağ” da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşıb. Təmsilçimiz matçdan minimal hesablı məğlubiyyətlə ayrılıb. Ümumilikdə oyunu rəqiblə bərabər səviyyədə keçirən ağdamlılar 70-ci dəqiqədə hesabda geri düşəndən sonra bir neçə epizodda bərabərliyə yaxın olsa da, son anda buna müyəssər ola bilməyib.

Qeyd edək ki, “köhlən atlar” tarixində üçüncü dəfə Fransa klubları ilə qarşılaşırdı. “Monpelye”dən iki böyükhesablı məğlubiyyət alıb, ötən il isə “Sent Etyen”ə uduzmayan “Qarabağ” fransızlara qarşı üçüncü qarşılaşmada da qalib gələ bilmədi.

Avropa Liqası

Qrup mərhələsi, III tur
22 oktyabr

J qrupu


“Monako” (Fransa) – “Qarabağ” - 1:0

Qol: Lasina Traore, 70

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen

Monako. “Lui II” stadionu

“Monako”: 1. Daniyel Subaşiç, 2. Fabinyo, 6. Rikardo Karvalyo, 13. Uallas, 24. Andrea Raqqi, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 27. Tomas Lemar, 28. Ceremi Tulalan, 19. Lasina Traore, 22. Stefen Əl-Şaaravi

Ehtiyat oyunçular: 16. Paul Nardi, 21. Elderson, 47. Kevin N`Doram, 7. Nabil Dirar, 20. Mario Paşaliç, 11. Quido Karrilo, 17. İvan Kavalero
Baş məşqçi: Leonardo Jardim

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əl Hərbi Əl Jadeui, 90. Samuel Armenteros

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 70. Çumbinyo, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

1.

Monako

3

1

2

0

3:2

5

2.

Tottenhem

3

1

1

1

5:4

4

3.

Anderlext

3

1

1

1

3:3

4

4.

Qarabağ

3

1

0

2

2:4

3


Müəllif:

Oxşar xəbərlər