"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq Fransanın "Ekip" qəzetinə danışıb.
Cari mövsümdə yüksək məhsuldarlığıyla diqqət çəkən Qabon millisinin üzvü gələcəkdə bir mövsümdə 40 qola imza atmağı xəyal etdiyini deyib:
"Mən həmişə öz-özümə deyirəm - Lənət şeytana, mən necə də bacarıqlıyam. Təbii ki, bu bir zarafatdı. Mən tək qaldıqda əldə etdiyim uğurlara görə Tanrıya təşəkkür edir və öz-özümə doğru yolda olduğumu söyləyirəm".
Avropa Liqasının oktyabrın 22-də Bakıda keçirilmiş "Qəbələ" - "Borussiya" oyununda (1:3) 3 qola imza ataraq oyunun taleyini həll edən 26 yaşlı forvard əsas məqsədinin bir mövsümdə 40 qola imza atmaq olduğunu deyib:
"Ronaldo və Messi bir mövsümə 50 qola imza atmağı bacarırsa, mən niyə bacarmayım? Mən buna inanıram və hər dəfə dua edəndə dünyanın ən güclü hücumçusu olmağı arzu edirəm. Bunun üçün mən hazırkı yolda davam etməliyəm. Nə vaxtsa bir mövsümə ən azı 40 qol vuracağıma inanıram".
Obameyanq sonda hazırda "Borussiya"da xoşbəxt olduğunu deyib:
"Artıq 3 ildi ki, burda çıxış edirəm. Burda çox xoşbəxtəm. İnsanların mənim barəmdə danışmaları xoşdu. Haqqımda pis sözlər deyildikdə isə, komanda yoldaşlarım mənə daim dəstək olur".
Obameyanq cari mövsümdə "Borussiya"nin heyətində keçirdiyi 17 oyunda 20 qola imza atıb. O, bu qollardan 13-nü Bundesliqasda, 6-nı Avropa Liqasında, 1-ni isə Almaniya kubokunda vurub.