İspaniya La Liqasının X turunda səfərdə "Hetafe" ilə üz-üzə gələcək "Barselona"da üzlər gülür.
Teleqraf.com xəbər verir ki, komandanın aparıcı futbolçularından biri olan Andres İnyesta sıraya dönüb.
Klubun saytının verdiyi xəbərə görə, sentyabrın sonunda "Bayer"lə Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda zədələnən 31 yaşlı yarımmüdafiəçinin adı qarşıdakı matçın iştirak ərizəsinə daxil edilib.
Bundan əlavə, ÇL-in BATE ilə III tur oyununda zədələnmiş digər yarımmüdafiəçi Serxio Roberto da ümumi qrupda məşqlərə başlayıb.
"Hetafe" — "Barselona" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Rüstəm