17 Noyabr 2015 10:05
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Futbol Federasiyaları Assosiasiyasi (UEFA) Fransanın paytaxtı Parisdə noyabrın 13-də həyata keçirilən terror aktlarından sonra gəzən söz-söhbətlərə son qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu Parisdəki hücumlar sonrası bir dəyişiklik olmadığını, 2016-cı ildə Avropa çempionatının Fransada təşkil ediləcəyini açıqlayıb.

UEFA-nın açıqlamasına görə, “EURO 2016” planlaşdırılan tarixdə və planlaşdırılan şəhərlərdə keçiriləcək. Proqramda hər hansı bir dəyişikliyin olmayacağı bildirilib.

Qeyd edək ki, Parisdəki terror hücumlarından sonra çempionata ev sahibliyi hüququnun başqa ölkəyə verilməsi ehtimalı yaranmışdı.


Müəllif: