19 Aprel 2014 13:12
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan Premeyer Liqasında 31-ci turun görüşələri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, türün bütün görüşləri eyni gündə baş tutacaq. 31-ci tur əlamətdar hadisə ilə yadda qala bilər. Belə ki, çempionatın lideri “Qarbağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün “köhlən atlar” Zaqatalada qalib gəlməli, onların yaxın izləyiciləri olan “Neftçi” və “İnter” xal itirməlidi. “Neftçi" öz meydançasında "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma hər iki rəqib üçün vacib sayılmalıdı. “Neftçi” ən azı 2-ci pilləni də əldən verməmək, “Sumqayıt” isə elitada qalmaq üçün mütləq qələbə qazanmalıdırlar. Bu, tərəflər arasında 8-ci oyun olacaq."Ağ-qaralar" gənclik şəhəri təmsilçisi ilə oyunlarda daha çox qələbə qazanıb. 4 dəfə 3 xala sevinən "Neftçi" 2 oyunda meydanı xalsız tərk edib. 1 matçda tərəflər heç-heçəyə razılaşıb. "Neftçi"nin 19 qoluna "Sumqayıt" 7 dəfə cavab verib. Öz meydanında rəqibinə uduzmayan paytaxt təmsilçisi bu görüşlərdə 5-ci qələbəni qazanmağa və 20-ci qolu vurmağa çalışacaq. "Neftçi" "Sumqayıt"la ounlarda 3 dəfə darmadağına sevinib. Belə ki, komandalar arasında oyunlarda 3:0, 4:0 və 8:1 hesabları qeydə alınıb.

Biləcəridə 38-ci duel

Turun prinsipial qarşılaşmalarından biri Biləcəridə baş tutacaq.

"Bakı" "İnter"i qəbul edəcək. “Zolaqlılar” avrokuboklara vəsiqə şansını tam itirməmək üçün bu oyunda mütləq qalib gəlməlidi. Bu qarşılaşma tərəflər arasında çempionatda 38-ci oyun olacaq. İndiyədək baş tutan oyunlarda "bankirlərin" üstünlüyü var. Belə ki, "İnter" 15, "Bakı" 13 qələbə qazanıb, 9 oyun sülhlə bitib. Top sayında isə bərabərlik hökm sürür - 31:31. 2 ildi “İnter”lə oyunlarda qələbə həsrətində olan “Bakı” son 5 paytaxt derbisində qalib gələ bilmir.

Bayılda çempionat kuboka qurban veriləcək?

Azərbaycan kubokunun yarımfinal mərhələsində sərfəli nəticə əldə etmiş 2 klub – “Rəvan” və “Qəbələ” Bayılda üz-üzə gələcəklər. Güman etmirik ki, komandalar kubok qarşılaşmasını nəzərə alıb, çempionat oyununu qurban verəcəklər. Elitada qalmaq üçün “Rəvan”a xal hava-su kimi lazımdı. Elə “Qəbələ” də avrokuboklara vəsiqə şansını təkcə kuboka saxlamamq üçün bu oyunda mütləq qələbəyə oynayacaq.

Tərəflər çempionatda 8-ci dəfə qarşılaşacaqlar. İndiyədək baş tutan oyunlarda "Qəbələ"nin üstünlüyü var. Belə ki, bölgə klubu 4, paytaxt təmsilçisi 2 qələbə qazanıb, 1 matçda qalib müəyyənləşməyib.

"Qəbələ"nin 14 qoluna "Rəvan" 7 dəfə cavab verə bilib. “Rəvan” cari mövsümdə rəqibinin qapısına yol tapa bilməyib. Qəbələ təmsilçisi isə səfər matçlarında bakılılara xal verməyib.

“Sülh”ü sevən rəqiblər

Çempionatın lideri "Qarabağ" Zaqatalaya səfər edəcək. “Köhlən atlar” qalib gələcəkləri, yaxın rəqibləri büdrəyəcəyi təqdirdə çempionluğu rəsmiləşdirə bilərlər. Amma bir məsələ var ki, bu mövsüm bütün komandaların dizini bükən Qurban Qurbanovun yetirmələri təkcə “Simurq”qa qalib gələ bilməyib. Bilmək olmaz, bəlkə də əslən Zaqataladan olan Qurban Qurbanov dogma rayonunda qalibiyyət əldə etməklə tarixi uğuru rəsmiləşdirəcək… Bu, tərəflər arasında çempionatda 20-ci oyun olacaq. Əyalət təmsilçilərinin son 4 oyununda qapılara qol vurulmayıb. Ardıcıl 4 qolsuz heç-heçə edən rəqiblər 10-cu bərabərliyin astanasındadı. Eyni sayda qələbəsi (hərəyə 5 qələbə) olan rəqiblərin oyunlarının balansında “Simurq” yalnız top fərqində öndədi - 14:12.

“Fırtınalar meydanı”nda uğursuz(ların) döyüş(ü)

Çempionatın uğursuz komandaları Lənkəranda qarşılaşacaqlar. “Xəzər Lənkəran” AZAL-ı qəbul edəcək. hər iki komandanın düşərgəsində gərgin ab-hava hökm sürür. Kubokun yarımfinalında “Qəbələ”dən ağır zərbə alan “ağ-yaşıllar” biabırçılığı qismən unutdurmaq üçün “təyyarəçilər”i məğlub etməyə çalışacaqlar. Tərlan Əhmədovun gəlişindən sonra qələbə üzünə həsrət qalan AZAL da “Xəzər Lənkəran”ın bu durumundan yararlanmağa çalışacaq. Tərəflər çempionatda 24-cü dəfə qarşılaşacaqlar.

Lənkəranlıların "təyyarəçilər"lə oyunlarda böyük üstünlüyü var. Belə ki, "Xəzər Lənkəran" indiyədək 13, AZAL cəmi 4 qələbə qazanıb. 6 oyunda tərəflər hərəyə bir xala sevinib. "Xəzər Lənkəran"ın 31 qoluna AZAL 16 dəfə cavab verə bilib.

Cari mövsümdə rəqibini məğlub edə bilməyən AZAL son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə son 5 ildə baş tutan bütün ev oyunlarında qol sevinci yaşayıb.

Azərbaycan Premyer Liqası

31-ci tur

20 aprel (bazar)

“Bakı” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00

“Rəvan” – “Qəbələ”

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Murad Məmmədov

“Bayıl Arena” stadionu, 17:00

“Simurq” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Fazil Mürşüdov

Zaqatala şəhər stadionu, 17:00

“Neftçi” – “Sumqayıt”

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena” stadionu, 17:00

“Xəzər Lənkəran” – AZAL

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

“Xəzər Lənkəran” mərkəzi stadionu, 18:00


Müəllif:

Oxşar xəbərlər