3 Dekabr 2015 08:34
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Autosport" tərəfindən hər il mövsüm sonunda təşkil edilən və ancaq komanda rəhbərləri arasında keçirilən anket sorğusunun nəticəsi məlum olub.

2015-ci ilin ən yaxşı pilotu "Mercedes" komandasının üzvü, son 2 ilin çempionu Lyuis Hamilton seçilib.

Səsvermənin formatına görə, hər bir komanda rəhbərindən 10 ən yaxşı pilotu seçməsi istənilir və Formula 1-də istifadə edilən xal sistemindən (1-ci yer 25, 2-ci yer 18, 3-cü yer 15 və qalan yerlərə müvafiq olaraq 12, 10, 8, 6, 4, 2, 1 xal) istifadə edilir.

Builki səsverməyə əsasən, nəticələr belə olub:

1. Lyuis Hamilton - 229 xal
2. Sebastian Fettel - 180 xal
3. Niko Rozberq - 113 xal
4. Maks Verstappen - 77 xal
5. Daniil Kvyat - 69 xal
6. Fernando Alonso - 57 xal
7. Valtteri Bottas - 52 xal
8. Serxio Perez - 48 xal
9. Daniel Rikkardo - 47 xal
10. Kimi Raykkonen - 37 xal

Anketdə "Mercedes" komandasından Toto Volf, "Ferrari"dən Maurizio Arrivabene, "Vilyams"dan Frank Vilyams, "Red Bull"dan Krsitian Horner, "Fors-İndia"dan Vijay Malya, "Toro-Rosso"dan Franz Tost, "Lotus"dan Federiko Qastaldi, "Maklaren-Honda"dan Erik Bulye, "Sauber"dən Monişa Kaltenborn və "Manor" komandasından Con Bot iştirak edib.


Müəllif:

Oxşar xəbərlər