3 Dekabr 2015 09:01
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid" İspaniya kuboku çərçivəsində 3-cü diviziondan olan "Kadis" komandası ilə keçirilən oyunda Denis Çerışevın meydana çıxmasına görə turnirdən xaric oluna bilər.

Oyun "Real"-ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı oyunun 3-cü dəqiqəsində Çerışev açıb. Bu qol onun komandada vurduğu ilk qol olub. Daha sonra 66 və 74-cü dəqiqələrdə İsko fərqlənib. "Kadis"-in yeganə qolunu isə 88-ci dəqiqədə Kike Markez vurub.

Qeyd edək ki, rusiyalı keçən mövsüm "Villareal"-ın heyətində çıxış edərkən, martın 4-ü "Barselona"-ya qarşı keçirilən İspaniya kubokunun yarımfinal oyununda sarı kart alıb. Həmin kart ötənilki turnirdə onun üçüncü kartı olub. Buna görə turnirin növbəti oyununu Çerışev buraxmalı idi. Məhz bu oyun da, "Kadis"-ə qarşı olan oyuna təsadüf edib.

Bundan başqa, "Real"-ın ehtiyyat oyunçuları sırasında Borxa Mayoral da yer almışdır. O isə, keçən il yeniyetmələr arasında keçirilən eyni turnirdə qırmızı kart alıb.

Beləliklə, Madrid klubu turnirin 1/16 finalının ilk oyunundan sonra İspaniya kubokundan xaric olunma təhlükəsi ilə üzləşib./Trend


Müəllif:

Oxşar xəbərlər