4 Dekabr 2015 18:33
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Nadirov qışda "Qəbələ"dən ayrılacaq. Mətbuatda yayılan xəbərlərə görə, "Xəzər Lənkəran"dan bu kluba gələn, amma oynamaq şansı qazanmayan hücumçu komandada qalmaqda maraqlı deyil.

İddialara görə, artıq onunla maraqlanan klublar da var. Bunlardan biri də "İnter"dir. Paytaxt klubu ona müqavilə təklif etməyə hazırlaşır, razılaşma ola bilər. Ancaq Publika.az bu məsələ ilə bağlı başqa məlumat əldə edib.

Bildiyimiz kimi, Nadirovun “Qırmızı-qaralar”la dekabrın sonuna qədər müqaviləsi var. Müqavilə başa çatandan sonra azad agent kimi istədiyi yerə gedə bilər. Gəldiyi 4 ayda əsas komandada 1 oyuna belə çıxmayan oyunçunu “Qəbələ” də saxlamaqda maraqlı deyil.

Əldə etdiyimiz digər məlumata görə isə futbolçu “İnter”ə yox, “Qarabağ”a gedəcək. Artıq Ağdam təmsilçisi və V.Nadirov arasında razılaşma da olub.

Bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi bütün diqqətlərini qarşıdakı “İnter”lə oyuna yönəltdiklərini bildirdi və transfer xəbərini təsdiqləmədi.


Müəllif: