Klublararası dünya çempionatında (KDÇ) ikinci finalçının adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, finala ikinci vəsiqə uğrunda "Barselona" (İspaniya) və "Quançjou Eveqrand" (Çin) mübarizə aparıb.
Katalonlar çinliləri 3:0 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıblar. Oyunda "göy-qırmızılar"ın hər üç qoluna Luis Suares imza atıb.
"Barsa"nın finaldakı rəqibi isə Argentina "River Pleyt"i olacaq. Argentinalılar yarımfinalda "Sanfreççe Xirosima"nı 1:0 hesabıyla məğlub edərək, həlledici oyuna vəsiqə qazanıblar.
"Barselona" və "River Pleyt" arasında final oyunu dekabrın 20-də, Bakı vaxtıyla saat 14:30-da start götürəcək.
Klublararası dünya çempionatı, yarımfinal
17 dekabr
Barselona - Quançjou Eveqrand 3:0
Qol: Suares, 39; 50; 67-pen.
- See more at: http://komanda.az/xeber/15525/#sthash.vCNvMiMK.dpuf