Argentinanın "River Pleyt" klubunun azarkeşləri "Barselona" komandasının oyunçularını təhqir ediblər.
Teleqraf.com xəbər verir ki, Tokio hava limanında pərəstişkarlarından biri isə Messinin üzünə tüpürüb. Bu barədə “Marca” məlumat yayıb.
İnsident futbolçular Yaponiyadan İspaniyaya qayıdan zaman baş verib. Azarkeşlər futbolçunu uğurlarına görə "River Pleyt"ə borclu olduğunu unutmaqda günahlandırıblar.
Qeyd edək ki, dekabrın 20-də baş tutan qarşılaşmada "Barselona" "River Pleyt"ə 3-0 hesabı ilə qalib gəlib.
Rüstəm