Bakının “İnter” klubu bir futbolçusu ilə yolları ayırıb.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, müqaviləsi başa çatan yarımmüdafiəçi Abdulla Abatsiyev komandanı tərk edib.
22 yaşlı futbolçu özü getmək qərarına gəlib.
Abatsiyev 2012-ci ildən “bankirlər”in şərəfini qoruyurdu. "İnter"in bəzi legionerləri ilə də yolları ayıracağı istisna deyil.